Çin dili müəllimi
Chai Academy Bakıda Çin dili kursları, HSK hazırlığı və Çində təhsil üzrə ixtisaslaşmış akademiyadır. Komandamızı genişləndiririk və tələbələrimizə Çin dilini sevdirəcək müəllim axtarırıq. Vəzifə öhdəlikləri: – HSK 1–4 səviyyəli qruplarda və fərdi dərslərdə Çin dili tədrisi – Uşaq, yeniyetmə və böyüklərdən ibarət qruplarla işləmək – Dərsləri əyani və onlayn formatda keçirmək – Tələbələri HSK imtahanına hazırlamaq – Davamiyyəti və tələbələrin inkişafını akademiyanın elektron sistemində qeyd etmək Təklif edirik: – Stabil iş qrafiki və dostcanlı komanda – Peşəkar inkişaf imkanı – Razılaşma əsasında rəqabətli əmək haqqı